İyl
2017
16:35
69
51
8885
Virtual karabakh

PlayStation dövrü bitir – YENİLİK + VİDEO

7 İyl, 2017
16:35
8885

PlayStation dövrü bitir – YENİLİK + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PlayStation Now adlı bulud xidmətinin dəstəklədiyi oyun sayı 500-ü keçdi.

Belə ki, artıq PlayStation 4 oyunları da bu xidmət üzərindən PC və digər cihazlarda oynanıla biləcək.

Oxu.Az xeberler.az-a istinadən məlumat verir ki, “Sony”nin açıqlamasına görə, oyunları satın almadan da sistemə yükləyərək PlayStation 4-ü konsollarda və PC-də oynamaq mümkün olacaq.

Qeyd edilib ki, bu günə qədər PlayStation 3 və əvvəlki nəsil oyunları ehtiva edən PS Now xidməti artıq PS4 oyunlarını da əhatəsinə alıb.

Ayda 20 dollar ödənişlə istifadəsi mümkün olan PS Now-da artıq 20 ədəd PS4 oyunu mövcuddur. Bunlar arasında Killzone Shadow Fall, WVE 2K16, Darksiders II Deathinitive Edition və God of War 3 Remastered da var.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri