İyl
2017
16:15
74
6
1401
Virtual karabakh

“Google” istifadəçilərin məktublarını “oxumağı” dayandıracaq

7 İyl, 2017
16:15
1401

“Google” istifadəçilərin məktublarını “oxumağı” dayandıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” korporasiyası “Gmail” elektron poçt servisindən istifadə edənlərin məktublarını “oxumağı” dayandıracaq. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, bundan əvvəl “Google” hədəflənmiş reklam üçün bu təcrübədən istifadə edib. Yenilik 2017-ci ilin sonuna kimi tətbiq ediləcək.

Elektron məktubların oxunması dayandırıldıqdan sonra hədəflənmiş reklam istifadəçilərin sazlaması və axtarış sorğuları əsasında göstəriləcək. Korporativ müştərilər üçün nəzərdə tutulmuş “G Suite” ödənişli versiyası bu prinsip üzrə işləyir.

Korporasiyanın nümayəndələri qeyd ediblər ki, onun poçt xidmətlərinin müştəriləri öz məlumatlarının məxfiliyinə əmin ola bilərlər.

“Gmail” servisinin auditoriyası 1,2 milyard nəfərdən çoxdur, “G Suite” servisindən isə 3 milyondan çox şirkət istifadə edir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri