10 
İyl
2017
15:13
28
20
1724
Virtual karabakh

“Microsoft” ofis işçilərinin məhsuldarlığını izləməyə kömək edəcək

10 İyl, 2017
15:13
1724

“Microsoft” ofis işçilərinin məhsuldarlığını izləməyə kömək edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft” şirkəti rəhbərliyə əməkdaşlar tərəfindən bu və ya digər məsələlərin icrasına sərf edilmiş vaxtı ölçməyə imkan verən korporativ alət təqdim edib. “Workplace Analytics” adlı yeni xidmət artıq “Office 365” ofis paketinin biznes abunəçilərinə əlçatandır.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, “Microsoft Office 365”-in direktoru Alim Rayani yeni proqramı məhsuldarlığın artırılması kimi təsvir edib. “Workplace Analytics” ofis işçilərinin məhsuldarlığını izləyir: elektron poçtda keçirilən vaxtı, müşavirələrə sərf olunan saatı qeydə alır.

Meta məlumatlar “Office 365”-in başqa proqramlarından (“Outlook” və ya “Word” poçtu) daxil olur. “Workplace Analytics” korporativ aləti 2015-ci ildə “Microsoft” tərəfindən satın alınmış “VoloMetrix” startapının işləmələrindən istifadə edəcək. Bu şirkət nəhəng korporasiyalara əməkdaşların effektivliyini qiymətləndirməyə kömək edən texnologiyalar hazırlayıb.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri