10 
İyl
2017
17:21
110
12
1848
Virtual karabakh

NATO Ukraynaya kiberdəstək verdi

10 İyl, 2017
17:21
1848

NATO Ukraynaya kiberdəstək verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NATO iyunun 27-də baş vermiş kiberhücumun təhqiqatını aparmaqda Ukraynaya kömək edir”.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bunu Ukraynada səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

“Son günlər biz Ukraynaya kibermüdafiə üçün müasir avadanlıqlar verdik və bu günlərdə baş vermiş kiberhücumun yaxşı araşdırılması üçün hökumət qurumlarına yardım edirik”, - deyə baş katib söyləyib.

Ukrayna prezidenti Pyotr Poroşenko isə genişmiqyaslı kiberhücumun Rusiya tərəfindən təşkil olunduğunu bildirib. O qeyd edib ki, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq Ukrayna-NATO əməkdaşlığının əsas istiqamətidir: “Kiberhücumlar hibrid savaşın tərkib hissəsidir. Bizdə sübutlar var ki, son hücumlar Rusiya tərəfindən təşkil olunub. Bizim nazirliklərimiz, Ukrayna Təhlükəsizlik Xidməti həm kiberhücumlardan müdafiə olunmaq, həm də bu hücumları aşkara çıxarmaq və xəbərdarlıq məqsədilə xüsusi avadanlıqlar və təchizat alır”.  

Xatırladaq ki, iyunun 27-də Ukrayna dövlət qurumları və şirkətləri intensiv kiberhücumlara məruz qalıb. Minlərlə kompüter monitorda özünü “Petya” kimi təqdim edən “Locker 256” virusuna yoluxub.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri