12 
İyl
2017
11:51
15
77
1912
Virtual karabakh

“Kasperski Laboratoriyası” Rusiya kəşfiyyatına işləyir – İDDİA

12 İyl, 2017
11:51
1912

“Kasperski Laboratoriyası” Rusiya kəşfiyyatına işləyir – İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kasperski Laboratoriyası” Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) üçün xüsusi texnologiyalar hazırlayıb və hakerlər barədə məlumatları kəşfiyyata təqdim edib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb. Agentlik öz məlumatında aboratoriyanın rəhbəri Yevgeni Kasperskinin 2009-cu ildə şirkətin rəhbərliyinə göndərdiyi məktuba istinad edib. Məktubda FSB-nin “böyük xahişi” ilə aparılan məxfi layihədən bəhs olunur.

Söhbət nəinki haker hücumlarından müdafiə olunmaqdan, eyni zamanda, hakerlərin ünvanlarını müəyyən etməyə imkan verən proqram təminatının yaradılmasından gedir. Bu proqram sayəsində hakerlərin müəyyən olunmuş ünvanlarında hüquq-mühafizə orqanları və kəşfiyyat tərəfindən reydlər keçirilib.

Y. Kasperski bu proqramı şirkət əməkdaşlarından gizli saxlayıb. Lakin “Kasperski Laboratoriyası” kəşfiyyatla hər hansı əlaqəsinin olmadığını bəyan edib.

Qeyd edək ki, Tramp administrasiyası ABŞ dövlət qurumlarının “Kasperski Laboratoriyası”nın məhsullarından istifadəsini dayandırıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri