12 
İyl
2017
18:30
33
94
2108
Virtual karabakh

Çində süni intellekt şəhərciyi yaradılıb

12 İyl, 2017
18:30
2108

Çində süni intellekt şəhərciyi yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Xançjou şəhərində süni intellekt texnologiyalarının inkişafı sahəsində son nailiyyətlərin təmsil olunduğu şəhərcik istifadəyə verilib.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, ən böyük sərgilərdən hesab edilən şəhərcikdə 15 platformalı 90 müxtəlif layihə təmsil olunub. İştirakçılar yemək hazırlayan, rəqs edən və danışan robotlar, eləcə də, oyun platformaları və tədqiqat aparatları görmək imkanı əldə edəcəklər.

Layihə nümayəndələrinin sözlərinə görə, bu, tədqiqatlar üçün yaxşı bazadır və sərfəli maliyyə aktividir. Həmçinin, şəhərcik gənc istedadların yeni layihələrə cəlb edilməsi üçün yerə çevriləcək.

Qeyd edək ki, Xançjou Çinin informasiya texnologiyaları (IT) və süni intellekt texnologiyaları (AI) sahəsində ən qabaqcıl şəhərlərindən hesab olunur. Şəhərdə internet ticarəti və yüksək texnologiyalarla məşğul olan bir çox şirkətin ofisi yerləşir.  

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri