13 
İyl
2017
12:12
3
60
1477
Virtual karabakh

“WhatsApp” və “Twitter” hökumətdən müdafiə oluna bilmir

13 İyl, 2017
12:12
1477

“WhatsApp” və “Twitter” hökumətdən müdafiə oluna bilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Electronic Frontier Foundation” şirkətinin əməkdaşları müxtəlif İT şirkətlərinin məlumatlarının hökumətdən müdafiəsi səviyyəsi ilə bağlı təhlil aparıblar. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, 26 müəssisənin qiymətləndirildiyi meyarlar hökumətlə əlaqədə şəffaflıq, istifadəçilər haqqında məlumatların üçüncü şəxslərə ötürülməsinə qadağa, ABŞ-da dövlət sorğularının qanuniliyinin yoxlanılması və dövlətin ölkə vətəndaşlarını izləməsinə şirkətin münasibəti sahəsində aparılıb. 

Təhlilin nəticəsinə əsasən, məlum olub ki, istifadəçilər haqqında məlumatların daha az müdafiə səviyyəsi “Microsoft” və “Google” korporasiyalarındadır. Bundan başqa, “Twitter” və “WhatsApp” şirkətləri də bu göstərici üzrə autsayderlər olub.

Mütəxəssislər “Adobe”, “Dropbox”, “Lyft”, “Pinterest”, “Uber” və “WordPress” kimi şirkətlərin istifadəçi məlumatlarının təhlükəsizliyini daha yüksək qiymətləndiriblər. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri