14 
İyl
2017
13:57
134
13
7545
Virtual karabakh

“Vertu” tarixə qovuşdu – VİDEO

14 İyl, 2017
13:57
7545

“Vertu” tarixə qovuşdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vertu” şirkəti Böyük Britaniyada yerləşən istehsal bölməsini ləğv etmək məcburiyyətində qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə İKT.lent.az İxbt.com saytına istinadən məlumat verir. 

Məlumata əsasən, buna səbəb maliyyə problemləridir. 

Markanın hazırkı sahibi istehsalı xilas etmək cəhdləri göstərib, ancaq onun tərəfindən təklif edilən plan və 1,9 milyon funt sterlinq şirkətin müflis olması ilə bağlı məhkəmə işinə baxan hakimin anlayış nümayiş etdirməsinə səbəb olmayıb.

Bu da olduqca məntiqlidir. Nəzərə alınmalıdır ki, şirkətin büdcə defisiti 128 milyon funt sterlinq təşkil edir. Çox güman ki, istehsalı dayanan “Vertu” tarixə qovuşacaq. 

Qeyd edək ki, “Vertu” şirkəti 1998-ci ildə təsis edilib və əvvəldən lüks “Nokia” şirkətinin istehsalı olan marka telefonlar olub. 2012-ci ildə Finlandiya istehsalçısı “Vertu”nu satmaq məcburiyyətində qalıb. O zamandan bəri “Vertu”nun sahibi bir neçə dəfə dəyişib. Sonuncu dəfə bu, ötən ilin mart ayında baş verib. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri