14 
İyl
2017
17:25
32
53
2442
Virtual karabakh

İlk “LED” kinoteatr ekranı təqdim olunub

14 İyl, 2017
17:25
2442

İlk “LED” kinoteatr ekranı təqdim olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung Electronics” şirkəti dünyanın ilk işıq diodlu (LED) kinoteatr ekranını nümayiş etdirib. “Samsung Cinema Screen” adlanan qurğunun diaqonal üzrə ölçüsü 10,36 metr, təsvir ölçüsü 4096х2160 təşkil edir. Ekranın parlaqlığı standart kinoteatr proyektorlarının göstəricilərini 10 dəfə (500 kd/m2 50 kd/m2 nisbətində ) üstələyir. “Samsung Cinema Screen” qurğusunun nümayiş etdirdiyi təsvir parlaq rəngləri və kontrastlığı ilə seçilir. 

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, yeni qurğu hazırda kino avadanlıqlarının qiymətləndirilməsi üçün tətbiq edilən mövcud “DCI” spesifikasiyalarını xeyli geridə qoyur. Cənubi Koreyanın “Lotte Cinema” kino şirkəti ilə birlikdə hazırlanan “Samsung Cinema Screen” ekranı “High Dynamic Range” texnologiyasını dəstəkləyir.

“LED” ekran Cənubi Koreya kinoteatrlarında uğurla sınaqdan keçirilib.
 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri