15 
İyl
2017
16:28
66
199
3694
Virtual karabakh

NASA: Marsa insan göndərmək üçün pulumuz yoxdur

15 İyl, 2017
16:28
3694

NASA: Marsa insan göndərmək üçün pulumuz yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NASA-nın hazırki maliyyələşmə səviyyəsində agentliyin Marsa insan göndərməsi proqramı çətin ki, təyin edilən vaxtda – iyirmi birinci əsrin otuzuncu illərinin ortalarına həyata keçirilsin.

Oxu.Az-ın xəbərinə görə, bu barədə  bu barədə NASA-nın pilotlaşdırma proqramları üzrə departamentinin rəhbəri Bill Qerstenmayer deyib.

O bildirib ki, ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin “Qırmızı planetə” missiya göndərmək üçün sadəcə pulu yoxdur.  

“Bizim büdcə ilə bağlı ciddi problemlərimiz var”, - NASA nümayəndəsi deyib.

Qerstenmayer qeyd edib ki, büdcənin əsas hissəsi SLS raketi və “Orion” kosmik aparatına sərf edilib, bu səbəbdən NASA-nın Marsın səthinə enmək üçün aparatın hazırlanmasına lazımi vəsaiti qalmayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri