17 
İyl
2017
12:47
70
21
3198
Virtual karabakh

İki ekranlı “Meizu” smartfonu təqdim ediləcək

İstehsalçılar yeni flaqmanın təqdimatının 2017-ci ilin iyul ayının sonunda baş tutacağını bəyan ediblər.

“Meizu” nümayəndələri jurnalistlərə “Pro7” smartfonunun təqdimatına dəvətnamələr göndəriblər. Təqdimat bu ayın 26-da baş tutacaq. 

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə GSMArena məlumat yayıb. 

Daha öncə flaqmanın ikinci ekranının da olacağına dair məlumat yayılmışdı. Həmin ekran qurğunun qapağı altında əsas kameradan aşağıda yerləşəcək. Əlavə displeyin yardımı ilə istifadəçilər arxa kamera vasitəsilə də selfie edə, oyunlar oynaya və hətta onlara gələn bildirişləri nəzərdən keçirə biləcəklər.  

Bundaa başqa, insayderlər, devaysın MediaTek Helio X30 prossesoru bazasında işləyəcəyini bildiriblər. 

S.S.
www.oxu.az

Digər İKT xəbərləri