17 
İyl
2017
17:27
13
56
1574
Virtual karabakh

Data Mərkəz Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartı ilə təltif edilib

17 İyl, 2017
17:27
1574

Data Mərkəz Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartı ilə təltif edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC dünya üzrə yüzdən artıq ölkədə fəaliyyət göstərən və sertifikatlaşdırma xidmətləri göstərən Norveçin “DNV GL” şirkəti tərəfindən həyata keçirilən müstəqil auditin nəticələrinə görə “ISO 27001” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına layiq görülüb.   

Aktivində artıq “ISO 20000” sertifikatı olan “AzInTelecom” “ISO 27001” sertifikatı ilə informasiya təhlükəsizliyini və məlumat mübadiləsinin təkmilləşdirilməsini, eləcə də, idarəçilikdə şəffaflığı stimullaşdıracaq.  

Standartın xarakteristikasına əsasən, “AzInTelecom”un Data Mərkəzi və onun texniki imkanları informasiya təhlükəsizliyi standartlarına tam uyğundur. Bu o deməkdir ki, “AzInTelecom”un Data Mərkəzində yerləşdirilən məlumatlar kompleks təhlükəsizliklə təmin olunmaqla yanaşı, (24/7 rejimində fiziki və virtual təhlükəsizlik), sözügedən məlumatlara müştəri tərəfindən çıxış da avtomatlaşdırılaraq beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, beynəlxalq standart və prinsiplər biznes proseslərinin idarə olunmasına da şamil olunub.

“TIER III” beynəlxalq sertifikatlarına malik “AzInTelecom”un Data Mərkəzində “bulud” texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif olunur. Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn  “İaaS” xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “www.datamerkezi.az” veb səhifəsindən istifadə edə bilərsiniz. 

“AzInTelecom” haqqında

Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “Azerbaijan International Telecom (AzInTelecom)” şirkət strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur. 

1. Azərbaycan və xarici telekommunikasiya operatorları arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.

2. Yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) əsaslı xidmətlər.

3. Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması. 

Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin  nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin  təkmilləşdirilməsini, IP əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ ara bağlantını təmin edir.

İnfrastruktur xidmətləri “ISO 20000” və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan yeni yaradılmış regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur xidmətləri göstərməyə qadirdir (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər).

Sertifikatlaşdırma xidmətlərinin   həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “www.azintelecom.az”  və “www.datamerkezi.az” veb saytlarından istifadə edə bilərsiniz. 


www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri