2 
Avq
2017
17:02
19
171
9424
yuxarı
“WhatsApp” istifadəçilərinə xəbərdarlıq – Hücum gözlənilir
2 Avq, 2017
17:02
9424
19
171
“WhatsApp” istifadəçilərinə xəbərdarlıq – Hücum gözlənilir
Kibertəhlükəsizlik üzrə ekspertlər populyar “WhatsApp” messencerinin istifadəçilərini yeni fişinq hücumu haqda xəbərdar ediblər. Bu haqda “ESET” antivirus şirkətinin press-relizində deyilir.
Oxu.Az Banker.az-a istinadən xəbər verir ki, fırıldaqçılar istifadəçiyə messencer üçün abunə vaxtının başa çatdığı haqda məlumat verirlər. Bundan sonra ödəniş etmək və bank kartının məlumatlarını daxil etmək üçün istinadda göstərilən ünvana keçmək təklif edilir. Sonda ödənişlə bağlı informasiya birbaşa hakerlərin əlinə keçir.
Hazırda “WhatsApp” tamamilə ödənişsiz xidmətdir.
L.Ə.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək