Avq
2017
17:53
223
27
2117
Virtual karabakh

“Samsung” gəlirlərinə görə “Apple”ı geridə qoydu

Cənubi Koreyanın “Samsung” şirkəti ilk dəfə olaraq rüblük gəlir sahəsində ABŞ-ın “Apple” korporasiyasını ötüb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, aprel-iyun aylarında “Samsung”un xalis mənfəəti 89% artaraq 11,05 trilyon Cənubi Koreya vonu (9,9 milyard ABŞ dolları) təşkil edib. Gəlirlərin artması “Galaxy S8” smartfonlarının güclü satışı və “Samsung”un istehsal etdiyi yaddaş çiplərinin qiymətinin yüksəlməsi ilə əlaqədardır.

“Apple” isə aprel-iyun dönəmində gəlirini və xalis mənfəətini artırsa da, “Samsung”dan geridə qalıb. Gəlirlər ötən ilin eyni dövrünə nisbətən 7,1% artaraq 45,4 milyard dollara yüksəlib. Xalis mənfəət ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artaraq 8,7 milyard dollara çatıb.

Beləliklə, 9,9 milyard dollarlıq xalis mənfəəti ilə “Samsung” bu sahədə 1-ci olub.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri