Avq
2017
18:26
203
56
4464
Virtual karabakh

Mark Zukerberq prezident seçkilərinə hazırlaşır

3 Avq, 2017
18:26
4464

Mark Zukerberq prezident seçkilərinə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook”un yaradıcısı Mark Zukerberq Hillari Klintonun seçki kampaniyasının baş strateqi olmuş Coel Benensonu özünə məsləhətçi təyin edib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, C. Benenson ictimai rəy üzrə (PR) mütəxəssisdir. O, ABŞ-ın sabiq prezidenti Barak Obamanın müşavirlərindən biri olub. C. Benensonun şirkəti “Chan Zuckerberg Initiative” xeyriyyə fondu üçün tədqiqatlar aparacaq.

Lakin bu təyinatı M. Zukerberqin prezident seçkilərinə hazırlığı kimi qiymətləndirənlər də olub. Bir müddətdir “Facebook” rəhbərinin ABŞ-dakı növbəti prezident seçkilərində demokratların namizədi ola biləcəyi barədə iddialar dolaşır.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri