Avq
2017
12:07
69
35
1878
Virtual karabakh

Kiberfırıldaqçı 46 il azadlıqdan məhrum edilib

4 Avq, 2017
12:07
1878

Kiberfırıldaqçı 46 il azadlıqdan məhrum edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da kiberfırıldaqçılıqda ittiham olunan rusiyalı Maksim Senax 46 il azadlıqdan məhrum edilib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, M. Senax dünya üzrə on minlərlə kompüterdə zərərli proqram quraşdıraraq milyonlarla dollar pul oğurlamaq istəyən cinayətkar qruplaşmanın üzvü olub.

“Müttəhim və onunla əlbir olanlar ABŞ-da və bütün dünyada virusa yoluxdurulmuş minlərlə kompüteri öz şəxsi bankomatları kimi istifadə etməyə cəhd göstərib”, - deyə ABŞ ədliyyə nazirinin-baş prokurorunun köməkçisi səlahiyyətlərinin icraçısı Kennet Blanko söyləyib.

Qeyd edək ki, M. Senax 2016-cı ildə ABŞ-ın sorğusu əsasında Finlandiyada saxlanılıb. O, daha sonra ABŞ-a ekstradisiya edilib. M. Senax ABŞ-ın Minnesota ştatındakı serverlərdə zərərli virus proqramı yaymaqda ittiham olunub.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri