Avq
2017
17:26
12
86
2267
Virtual karabakh

Çoxsaylı sensorla təchiz edilmiş idman köynəyi ixtira edilib

4 Avq, 2017
17:26
2267

Çoxsaylı sensorla təchiz edilmiş idman köynəyi ixtira edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada Tokio Universitetinin startapı olan “Xenoma” şirkəti tərəfindən insanın hərəkətlərini qeydə alaraq müvafiq informasiyanı mobil qurğu və ya kompüterə ötürmək qabiliyyətinə malik çoxsaylı sensorla təchiz edilmiş idman köynəyi ixtira edilib.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki,  bu köynəyin əsas özəlliyi videokameralardan istifadə etmədən insan hərəkətlərinin tanınması dəqiqliyidir. Gələcəkdə bu qurğunun köməyi ilə müxtəlif xəstəlikləri müəyyənləşdirmək və ya video oyunlarda personajları idarə etmək mümkün olacaq.

Şirkətdən hesab edirlər ki, idman köynəyi bir çox sahələrdə tətbiq edilə bilər: insana idmanda öz bacarıqlarını yaxşılaşdırmağa, nəqliyyat vasitəsi, hətta  təyyarə idarə etməyi öyrənməyə kömək edə bilər. Hərəkətin tanınması üzrə müasir texnologiyaların əksəriyyəti kameralardan istifadəyə əsaslanır, ancaq “Xenoma” şirkətinin idman köynəyi informasiyanı onun üzərinə qurulmuş 14 sensordan toplayır.

Toplanılmış məlumatları dərhal kompüter və ya mobil qurğuya ötürmək mümkündür. Həmçinin köynəyi yumaq olar: o, hətta 100 dəfə yuyulduqdan sonra da öz funksionallığını itirməyəcək.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri