Avq
2017
16:55
81
10
1659
Virtual karabakh

“YouTube”un mobil proqramında videonun sürətini dəyişdirmək mümkün olacaq

7 Avq, 2017
16:55
1659

“YouTube”un mobil proqramında videonun sürətini dəyişdirmək mümkün olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YouTube”un mobil proqramına videonun sürətini dəyişdirmək imkanı əlavə edilib. Bu seçim masaüstü versiyada 2 il əvvəl reallaşdırılıb. Sözügedən funksiya videoçarxın sürətini dəyişdirməyə imkan verir. Bu imkan öyrədici çarxlar, reseptlərə baxış zamanı xüsusilə əlverişlidir.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, “Google” şirkəti bu funksiyanı “Android” üçün mobil proqrama əlavə edib. Lazımi sürəti seçmək üçün ekranın yuxarı sağ küncündəki üç nöqtənin üzərinə sıxmaq lazımdır. Hələlik sözügedən funksiya hər kəs üçün əlçatan deyil, amma bəzi istifadəçilər artıq qeyd ediblər ki, bu vərəqdə yalnız videonun keyfiyyəti deyil, həm də sürətini seçmək mümkündür.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri