Avq
2017
17:53
80
14
1414
Virtual karabakh

“Facebook” tərcümə sistemini təkmilləşdirib

7 Avq, 2017
17:53
1414

“Facebook” tərcümə sistemini təkmilləşdirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” sosial şəbəkəsi süni intellektin köməyilə tərcümə sistemini təkmilləşdirib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, sistemə süni intellekt elementlərinin daxil edilməsi avtomatik tərcümənin keyfiyyətini yüksəldib.

Gün ərzində “Facebook”un avtomatik tərcümə xidməti təxminən 4,5 milyard çevirmə edir. Artıq sistem ayrı-ayrı sözləri və söz birləşmələrini deyil, bütöv cümlələri çevirə bilir. Şirkətdən bildiriblər ki, köhnə və yeni sistemdəki tərcümənin keyfiyyəti arasında ciddi fərq var. Belə ki, avtomatik tərcüməni qiymətləndirmək üçün istifadə olunan BLUE (bilingual evaluation understudy) göstəricisi yenilənmədən sonra bütün dillər üçün orta hesabla 11% artıb.

Qeyd edək ki, “Google Translate” xidməti də ötən ilin noyabrından etibarən ayrı-ayrı sözləri deyil, bütöv cümlələri tərcümə edən neyroşəbəkələrdən istifadə etməyə başlayıb. Bu isə tərcümənin keyfiyyətini xeyli yüksəldib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri