Avq
2017
12:54
49
35
2384
Virtual karabakh

“Taxt oyunları”nın 5-ci bölümünün ssenarisi də internetə sızdı

8 Avq, 2017
12:54
2384

“Taxt oyunları”nın 5-ci bölümünün ssenarisi də internetə sızdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da HBO kabel televiziyasının saytına hücum etmiş hakerlər populyar “Taxt oyunları” (“Game of Thrones”) serialının yeni mövsümdəki 5-ci bölümünün ssenarisini internetə yerləşdiriblər.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, ssenari ilə birlikdə telekanal rəhbərlərindən birinin yazışmaları da yayılıb.

Hakerlər HBO-nun baş direktoru Riçard Pleferə müraciət ünvanlayıblar. Onlar pul tələb etsələr də, konkret məbləğ söyləməyiblər. Hakerlər HBO-nun saytının müdafiəsini “sındırmağı” asan iş adlandırıblar: “Biz sizin nəhəng şəbəkənizin müdafiəsini uğurla keçdik. HBO bizim mürəkkəb məqsədlərimizdən biri idi, lakin biz cəmi 6 aya uğura nail olduq”.

Xatırladaq ki, ötən həftə hakerlər “Taxt oyunları”nın 4-cü bölümünü internetə qoyublar. HBO-ya hücum edən hakerlər ümumilikdə 1,5 terabayt material ələ keçirdiklərini bildiriblər.  

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri