Avq
2017
13:58
70
23
1769
Virtual karabakh

“Apple” “Instagram”da səhifə açıb

8 Avq, 2017
13:58
1769

“Apple” “Instagram”da səhifə açıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” korporasiyası populyar sosial şəbəkələrdə təmsil olunmaq siyasətini davam etdirir.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, şirkət “Instagram”da səhifə açıb.

Maraqlıdır ki, “Facebook”, “Twitter” və “VKontakte”dəki səhifələrində hər hansı paylaşım etməyən şirkət “Instagram” səhifəsinə artıq “iPhone” ilə çəkilmiş fotolar və videolardan ibarət 9 qalereya yükləyib. Hər paylaşımın altında “iPhone” ilə çəkiliş etmiş 5 nəfərin adı var.  

“The Independent” yazır ki, “Apple” müəlliflərə sponsorluq etmək fikrindədir. Bu halda fotolar “”Apple”ın dəstəyi ilə “iPhone”da çəkilib” qeydi ilə yerləşdiriləcək. Şirkətin “Instagram” səhifəsinə düşmək istəyənlər “#ShotOniPhone” heşteqi ilə fotolar paylaşmalıdır.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri