Avq
2017
17:39
70
10
1983
Virtual karabakh

“YouTube” video paylaşmaq üçün daxili messencer yaradıb - VİDEO

8 Avq, 2017
17:39
1983

“YouTube” video paylaşmaq üçün daxili messencer yaradıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YouTube” video xidmətinin komandası “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün mobil proqramda yeni imkan istifadəyə verib. Yeniləmə nəticəsində istifadəyə verilmiş daxili messencer sayəsində videoçarxları asanlıqla dostlara göndərmək mümkündür. 

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, mobil proqramdan çıxmadan videonu bir kontakt və ya dərhal kontaktlar qrupu ilə paylaşmaq olar, istifadəçilər təklif edilmiş videoya rəy yaza, həmçinin özləri video əlavə edə bilərlər. Funksiya “YouTube”da “Paylaş” düyməsinə quraşdırılıb, bu düyməyə sıxmaqla kontaktlar siyahısından videonun göndəriləcəyi şəxs və ya şəxsləri seçmək mümkündür. Həmçinin video üçün istinad əldə etmək və yeni dostları müzakirəyə əlavə etmək olar.

 

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri