Avq
2017
12:44
140
15
6571
Virtual karabakh

Dünyanın ən ucuz elektromobili istehsal olundu – FOTO

9 Avq, 2017
12:44
6571

Dünyanın ən ucuz elektromobili istehsal olundu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin SAIC-GM-Wuling müəssisəsi dünyanın ən ucuz elektromobilini buraxıb.

Oxu.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, E100 elektromobili cəmi 5 min dollar dəyərindədir. “Smart ForTwo” stilində hazırlanan avtomobil ön asqı və tək rıçaqlı arxa asqıya malikdir. 40 at gücündə elektrik aqreqatı ilə təchiz olunub. Elektrokar saatda 100 km sürətlə hərəkət edir və bir dəfə doldurulmaqla 155 km gedir. Akkumulyator 7,5 saata tam dolur.

Avtomobil piyadaları tanıma sistemi və digər sistemlərə malikdir.

Satışların nə vaxt başlayacağı və yeni məhsulun başqa ölkələrə ixrac edilib-edilməyəcəyi hələ açıqlanmayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri