Avq
2017
18:55
82
53
3143
Virtual karabakh

“İnstagram”da yenilik - Yeni canlı yayım gəlir

9 Avq, 2017
18:55
3143

“İnstagram”da yenilik - Yeni canlı yayım gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” şirkətinə məxsus olan “Instagram” xidməti yeni funksiyanı (birgə canlı yayım) sınaqdan keçirməyə başlayıb. Sözügedən funksiya istifadəçilərə canlı yayımda iki aparıcı görməyə imkan verəcək. 

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, birbaşa yayım dostlar və abunəçilərlə maraqlı ünsiyyət formatıdır, ancaq təklikdə insan özünü inamsız hiss edə bilər. Yeni funksiya asanlıqla tərəfinizdən yaradılmış canlı yayıma qonaq əlavə etməyə imkan verəcək, istifadəçilər əvvəlki kimi birbaşa yayımda “Like” edə və şərh yaza bilərlər.

Canlı yayıma birgə çıxmaq üçün əvvəlcə istifadəçi özünə yayım yaratmalı, bundan sonra qonağı əlavə etmək üçün ekranın alt sağ küncündə iki təbəssümdən ibarət yeni düyməyə sıxmalıdır. Bundan sonra istifadəçilərin displeyində canlı yayım iki hissəyə bölünəcək. Yayımı yaradan istənilən vaxt qonağı əvəz edə bilər. 

Yeni funksiya hələ ki, az sayda istifadəçiyə əlçatandır, ancaq “Instagram” rəsmiləri söz veriblər ki, bir neçə ay sonra yeni funksiya hamı üçün əlçatan olacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri