10 
Avq
2017
12:51
12
61
1508
Virtual karabakh

“Facebook” “YouTube” ilə rəqabət aparmaq niyyətindədir

10 Avq, 2017
12:51
1508

“Facebook” “YouTube” ilə rəqabət aparmaq niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” ciddi şəkildə video məhsullarını inkişaf etdirmək və gələcəkdə ənənəvi televiziya və bazar nəhəngi “YouTube” ilə rəqabət aparmaq niyyətindədir.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report BBC-yə istinadən xəbər verir.

“Facebook”da video üçün ayrıca lent artıq ötən il ABŞ-da istifadəyə verilib. Amma hələlik orada kiçik həcmli həvəskar videolar və ya qısa xəbər klipləri yerləşdirilib.

Şirkətin planına əsasən, vidoelenti bir çoxu “Facebook”un öz hesabına istehsal edilmiş video proqramların yerləşdiriləcəyi yeni “Watch” əlavəsi əvəzləyəcək.

Yeni funksiya ilkin olaraq ABŞ-da bir sıra istifadəçilər üçün əlçatan olacaq, sonra isə dünyaya yayılacaq. “Watch” əlavəsi hər bir istifadəçi üçün fərdi şəkildə olacaq, ora ilk növbədə dostların bəyəndiyi proqramlar daxil olacaq.

Belə addım zamanı “Facebook”un eksklüziv tərəfdaşları reklamlara görə gəlirin 55%-nə sahib çıxacaq, yerdə qalan hissə sosial şəbəkəyə çatacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri