10 
Avq
2017
21:32
54
395
3433
Virtual karabakh

İşğal altındakı ərazilərimiz erməni torpaqları kimi göstərilir – VİDEO

Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat törədilib. 

Oxu.Az-ın Xəzər TV-yə istindən məlumatına görə, mapbox.com və openstreetmap.org adlı naviqasiya sistemlərində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı böyük yanlışlığa yol verilib. 

İnternet istifadəçilərinə təqdim olunan onlayn xəritələrdə Azərbaycanın işğal altında olan əraziləri erməni adları ilə təqdim olunub.

Belə ki, Openstreetmap.org-da Xankəndi Stepanakert, Ağdərə Mardakert, Kəlbəcər Karvacar, Xocavənd Martuni kimi göstərilib. 

Mapbox.com adlı məşhur naviqasiya sistemi isə qondarma Dağlıq Qarabağı xüsusi Respublika kimi əlavə edib. Əraziləri isə sanki erməni torpaqları kimi ermənicə xəritəyə daxil edib.

Bu cür halların qarşısını almaq üçünsə ilk növbədə belə səhvlərin fərqinə varan vətəndaşlardan fəallıq tələb olunur.

Xəritələrdəki səhvi aradan qaldırmaq üçün ilkin müraciəti etdik. Lakin problemin həlli üçün daha çox insanın iradı tələb olunur.

Sözügedən naviqasiyaları həm “web”, həm də mobil versiyada istifadə etmək olur. İstər səhv olsun, istərsə də qərəzli, məşhur naviqasiya proqramlarının buna yol verməsi proqramın dəqiqliyini şübhə altında qoyur.

S.B.
www.oxu.az

Digər İKT xəbərləri