Sen
2017
15:27
73
11
3095
Virtual karabakh

“Excel” proqramında sənədlərin real vaxt rejimində birgə redaktəsi funksiyası istifadəyə verilib

5 Sen, 2017
15:27
3095

“Excel” proqramında sənədlərin real vaxt rejimində birgə redaktəsi funksiyası istifadəyə verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft” korporasiyası “Excel” proqramında sənədlərin real vaxt rejimində birgə redaktəsi funksiyasını istifadəyə verib.  

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, bir neçə istifadəçiyə eyni elektron cədvəllə eyni vaxtda işləməyə imkan verən yeni funksiya dəyişiklikləri avtomatik sinxronlaşdıraraq real vaxt rejimində əlavə edir. İmkandan “OneDrive”, biznes üçün “OneDrive” və ya “SharePoint” proqramlarında saxlanılan sənədlər üçün yararlanmaq mümkündür.

Bildirilir ki, ABŞ korporasiyası “Excel” proqramında birgə redaktə funksiyası ilə yanaşı, sənədlərini “OneDrive” və “SharePoint” proqramlarında saxlayan “Office 365” istifadəçiləri üçün “Word”, “Excel” və “PowerPoint” əlavələrində avtomatik saxlama funksiyasını təqdim edib.

Əvvəllər “Office Insider” proqramının iştirakçılarının yararlandığı imkandan indi hamı istifadə edə biləcək.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri