Sen
2017
14:41
49
40
5345
Virtual karabakh

Sentyabrın 12-də bu “iPhone”lar təqdim olunacaq

6 Sen, 2017
14:41
5345

Sentyabrın 12-də bu “iPhone”lar təqdim olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 12-də “Apple” şirkəti yeni məhsullarını təqdim edəcək. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, nümayiş olunacaq yeni cihazların adları hələ də sirr olaraq saxlanılır. 

Daha əvvəl təxmin edilirdi ki, “iPhone 7S”, “7S Plus” və “iPhone 8” smartfonları təqdim ediləcək. Ancaq İFA-2017 istehlak sərgisində bu məlumatı təkzib ediblər. İFA-da təqdim edilən və rəsmi “Apple Store” mağazalarında məhsullarını satan aksesuar istehsalçıları bildiriblər ki, bu il “Apple” pərəstişkarları “S” avadanlıqlı smartfonlar görə biləcəklər. Təqdimatda “iPhone 8”, “8 Plus” və “iPhone Edition” nümayiş olunacaq. 

Mütəxəssislər bildirirlər ki, “iPhone Edition” naqilsiz enerji ilə doldurulma və “Gorilla Glass 5” müdafiə şüşəsi ilə təchiz olunacaq. Bundan başqa, “iPhone Edition” bu istehsal xəttində daha premium məhsul olacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri