Sen
2017
13:06
83
12
5051
Virtual karabakh

İtmiş smartfonların axtarışı üçün yeni proqram -Video

8 Sen, 2017
13:06
5051

İtmiş smartfonların axtarışı üçün yeni proqram -Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şotlandiyanın Sent-Edryu Universitetinin tədqiqatçılar qrupu itmiş smartfonların axtarışı üçün “SpeCam” adlı proqram hazırlayıblar. Mobil əlavə xüsusi alqoritmlər sistemindən istifadə edərək smartfonun olduğu səthin növünün və rənginin müəyyənləşdirilməsi üçün qurğunun ön kamera və ekranından yararlanır.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, bu halda displey smartfonun ön kamerası ilə tutuşdurulduqdan sonra axtarışın aparıldığı kompüterə göndərilən səthdən əks olunan çoxspektrli işıq mənbəyi qismində çıxış edir. Texnologiyanın əsas üstünlüyü axtarılan qurğunun aparat və proqram təminatına qarşı olan minimal tələblərdir.

Məlumata görə, “SpeCam” istənilən materialı asanlıqla müəyyənləşdirməklə farforu keramikadan dərhal seçir. Mütəxəssislərin planına görə, nəticədə istifadəçilər əlavənin işini (məsələn, səsli siqnalı aktivləşdirmək) müstəqil konfiqurasiya edə biləcəklər.

Hazırda kommersiya istifadəsinə verilməyən “SpeCam” əlavəsi yalnız universitet laboratoriyası şəraitində mövcuddur.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri