Sen
2017
10:00
69
12
1920
Virtual karabakh

"Samsung UHD TV Curved" – təsvir bütövlüyünü "qövsvari" formatda hiss edin"

9 Sen, 2017
10:00
1920

"Samsung UHD TV Curved" – təsvir bütövlüyünü "qövsvari" formatda hiss edin"

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Samsung UHD TV Curved" öz qeyri-adi forması ilə ilk baxışdan sizin diqqətinizi özünə cəlb edən smart TV-dir. Bu televizorun ekranı adət etdiyimizdən fərqli olaraq, “qövsvaridir”. Bu forma sayəsində siz ekranda baş verənləri istənilən bucaqdan, “qaralma” effekti yaranmadan seyr edə bilərsiniz. Həmçinin, “qövsvarı” ekran periferik görmə qabiliyyətini cəlb edərək, ekranda baş verənlərin reallığına tam dalmağa imkan yaradır. 

Ultra HD keyfiyyətində olan təsvir sayəsində siz əvvəllər seçilməsi mümkün olmayan xırda detalları belə rahatlıqla seçə bilərsiniz. UHD miqyaslandırma texnologiyasının köməyi ilə siz hətta daxil olan siqnalın keyfiyyəti aşağı olduğu halda  belə, istənilən kontenti UHD keyfiyyətinə yaxın formatda seyr edə bilərsiniz. Hal-hazırda Azərbaycan teleyayımının UHD formatını dəstəkləməməsinə baxmayaraq, smart TV videonun keyfiyyətini sizin hiss edəcəyiniz və qiymətləndirə biləcəyiniz dərəcədə yaxşılaşdırır. Dəqiq təsvirli filmlərdən, proqramlardan və ya cizgi filmlərindən həzz alın. 

"Samsung UHD TV Curved" televizorlarının şüarı realistik və dərin təsvirdir.  Bunun üçün smart TV-də çoxsaylı texnoloji həllərdən istifadə olunur. Bunlardan biri olaraq, cihazda adi televizorlardan bir neçə dəfə daha çox rəng çaları ifadə etmək imkanı yaradan  Active Crystal Color sistemini qeyd etmək olar. Bu funksiya əlavə işıq mənbəyinin köməyi ilə “LED” matrisasını “blueLED” ilə əvəz edir. Bunun nəticəsi olaraq ağ rəngin dolğunluğunun artması,  təbii rəng ötürülməsi və palitra genişlənməsi baş verir. HDR funksiyası təsvirin həm qaranlıq, həm də işıqlı hissələrinin bir kadrda ifadə edilməsi sayəsində detallaşdırmanı nəzərə çarpacaq dərəcədə yaxşılaşdırır.  Bu funksiyanın köməyi ilə siz təsvirin işıqlı hissəsində bundan əvvəl görmədiyiniz xırda detalları belə asanlıqla seçə biləcəksiniz. Siz öz otağınızda televizora baxarkən, kinoteatr seyrindən aldığınız təəssüratı almış olacaqsınız.  

Görüntü dərinliyinin artırılması funksiyası olan Auto Depth Enhancer sayəsində ekran görüntüsü daha realistik olur, bu isə təsvirin müxtəlif sahələrinin təzadlılığının tənzimlənməsi səbəbindən baş verir. Bəs bu funksiya necə işləyir? Sözügedən texnologiyanın iş prinsipi parıltı və rəngin təfərrüatının incələnmə yolu ilə hər kadrın zonalara bölünməsinə əsaslanır, belə ki, hər bir kadr 3 zonaya bölünür – fon, mərkəz və frontal.  Bundan sonra, tamaşaçının görüntünü daha maraqlı və canlı seyr etməsi üçün Auto Depth Enhancer təzadlılıq səviyyəsini avtomatik optimallaşdıraraq, təsvir dərinliyini daha dolğun edir.

"Samsung UHD TV Curved" sizin qonaq otağınızın dizaynını tam olaraq yeniləşdirir.  Televizorun “qövsvari” forması onun yerləşməsindən asılı olmayaraq (altlıq üstündə və ya divarda bərkidilmiş halda) vizual olaraq bütün bucaqları hamaşlaşdırır. Yeni smart TV sizin interyerinizə tamamlanmış görüntü və dəbdəbə bəxş edəcək. “Xoşagəlməz” internet kabelləri olmadan, gözəl və görkəmli dizayndan zövq alaraq, Wi-Fi modulunun imkanlarından yararlanın. Simsiz qoşulma geniş bağlantı imkanının cəlbedici dizaynla ahəngidir. Televizorunuzun ekranında kontent çeşidinin müxtəlifliyi, intuitiv idarəetmə anlayışı və İnternet axtarışının sadəliyini qiymətləndirin. "Samsung UHD TV Curved"  əmr sətrinə elektron ünvanı daxil etmədən populyar saytlara asan və cəld şəkildə baxış keçirmək imkanı yaradan təkmilləşdirilmiş veb-brauzerlə təchiz olunub.

"Samsung UHD TV Curved" televizorları haqda əlavə məlumatı: Baku Electronics, Kontakt Home, Maxi.az, Music Galery, Optimal və Soliton mağazalar şəbəkəsindən əldə etmək olar. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri