11 
Sen
2017
11:51
70
28
5612
Virtual karabakh

“iPhone” smartfonu bu rənglərdə olacaq

11 Sen, 2017
11:51
5612

“iPhone” smartfonu bu rənglərdə olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni “iPhone” smartfonu korpusu 3 unikal rəngdə istehsal ediləcək. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki,  bu smartfonlar qara, ağ və mis rəngli olacaq. Məhz sonuncuya şirkət daha çox üstünlük verir və əmin edir ki, o, digərlərindən daha çox istifadəçilərin xoşuna gələcək. 

Olduqca yeni və ən güclü “iPhone 8” smartfonunun rəsmi təqdimatı sentyabrın 12-də baş tutmalıdır. Şəbəkədə bu haqda məlumatlar yayılıb. Xüsusilə də alış üçün əlçatan olan keramik korpusun rəng variantları elan edilib. Standart olaraq ağ və qara rəngləri ilə hər kəs razıdır. Amma mis qızıl rəngi istifadəçiləri olduqca maraqlandırıb. “Apple”ın analitikləri maksimal üstünlüyü məhz bu rəngə verirlər. Çünki buna qədər korporasiyanın smartfonlarında buna bənzər rəngdən istifadə olunmayıb. 

“iPhone 8”-in populyarlığını indidən qiymətləndirmək mümkündür və bütün dünya üzrə milyonlarla istifadəçi “Apple”nin yeni flaqmanının təqdimatını səbirsizliklə gözləyir. Bəzi “işbazlar” isə hətta cihazın 3D printerdə çap edilmiş korpusunu satmağa başlayıblar.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri