12 
Sen
2017
14:15
91
46
2211
Virtual karabakh

Bakının daha iki parkında pulsuz “Wi-Fi” olacaq

12 Sen, 2017
14:15
2211

Bakının daha iki parkında pulsuz “Wi-Fi” olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi" xidmətinin əhatə dairəsini “Dədə Qorqud" və “Nərimanov" parklarınadək genişləndirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbədən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu parklarda pulsuz İnternet yaxın zamanlarda aktiv olacaq.

Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, “Qış parkı”, “Zabitlər” parkı, “Sahil”, “Axundov”, “Sabir”, “Xaqani”, “Hüseyn Cavid”, “Səməd Vurğun” və “Muğan” bağları daxildir.

Xidmət işə salındıqdan indiyədək şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri