29 
Sen
2017
14:31
114
77
4168
Virtual karabakh

Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə çıxacağı vaxt açıqlandı

29 Sen, 2017
14:31
4168

Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə çıxacağı vaxt açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Azərbaycanın ikinci telekommunikasiya peykinin ("Azerspace-2") 2018-ci ildə orbitə çıxarılması ilə bağlı işlər plan üzrə gedir".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu peyk regionda şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbatı qarşılayaraq, yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək: "Yeni peyk həm də birinci telekommunikasiya peykinin ("Azerspace-1") orbitdəki ehtiyatı olacaq. "Azerspace-1"-in özü də uğurla fəaliyyət göstərir və dünyanın 22 ölkəsində müştəri bazası var. Peykin tutumunun 75 faizi artıq kommersiyalaşdırılıb", - deyə nazir vurğulayıb.

Nazir bildirib ki, kosmik sənayemizin vacib resurslarından biri də Yerin müşahidə peyki olan "Azersky"dır: "Hazırda "Azersky" peyki müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə geniş şəkildə tətbiq olunur. Sevindirici haldır ki, peyklərimiz tam olaraq yerli mütəxəssislər tərəfindən idarə olunur".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri