29 
Sen
2017
15:45
103
11
3956
yuxarı
Videozəngləri dəstəkləyən “ağıllı” saat - VİDEO
29 Sen, 2017
15:45
3956
103
11
Videozəngləri dəstəkləyən “ağıllı” saat - VİDEO
“Amazon” şirkəti “Echo” istehsal xəttindən olan qurğuları tamamlayan “Echo Spot” “ağıllı” saatını təqdim edib.
Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, kiçik 2,5 düym diaqonallı ekran və quraşdırılmış kamera ilə təchiz edilən saat “Echo Dot” və “Echo Show” qurğularının hibridini təşkil edir. Saat əsas təyinatı ilə yanaşı, videorabitə funksiyasını dəstəkləyir və kənar dinamiklər vasitəsilə “Amazon Prime Music”, “Pandora”, “Spotify”, “iHeartRadio” və “TuneIn” kimi servislərdən musiqinin dinlənilməsi üçün istifadə oluna bilər.
ABŞ-da “Echo Spot” “ağıllı” saatı üçün ilkin sifarişlərin qəbulu sentyabrın 27-də başlayıb. Qiyməti 130 dollar təşkil edəcək qurğunun bu ilin dekabrında satışa çıxarılması planlaşdırılır.
L.Ə.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək