29 
Sen
2017
16:38
21
209
11710
Virtual karabakh

Azərbaycanda internetdə problem yarandı - SƏBƏB + YENİLƏNİB

29 Sen, 2017
16:38
11710

Azərbaycanda internetdə problem yarandı - SƏBƏB + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internetdə yaranmış problemlə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ölkədəki telekommunikasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir.

“Həm “Aztelecom”un, həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit  internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Ölkə ərazisində genişzolaqlı sabit  internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmur”. 

***

16:15

Azərbaycanda internetin verilməsində problem yaranıb.

Təqribən saat 15:00-15:30 radələrində internetin fəalliyyətində fasilələr müşahidə edilib.

"İnternetdə baş vermiş qısamüddətli qüsurlar Avropanın bir sıra tranzit operatorlarında şəbəkələrin yüklənməsi ilə əlaqədar olub".

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə "Delta Telecom" (Azərbaycanın magistral rabitə operatoru) şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, sistemdə qüsur olduqda və ya həddən artıq yükləndikdə, sistem avtomatik olaraq ehtiyat xətti işə salır ki, bu, istifadəçilərin internetə dayanıqlı girişini təmin edir: “Bizim Avropanın giriş nöqtələrinə birdən çox qoşulmamız mövcuddur və qeyri-müəyyən vəziyyət yarandığı təqdirdə sistem trafiki avtomatik olaraq digər xəttə yönləndirir. İnternetə girişdə müşahidə edilən problem bütün istifadəçilərdə olmayıb, indi bunun səbəblərini araşdırırıq. Hazırda trafikin ötürülməsi adi rejimdə davam edir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri