Okt
2017
11:17
35
16
1386
Virtual karabakh

Stefan Tolz: “ADAMI” tanınmaq və peşəkarlaşmaq üçün bir vasitədir

3 Okt, 2017
11:17
1386

Stefan Tolz: “ADAMI” tanınmaq və peşəkarlaşmaq üçün bir vasitədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stefan Tolz bir çox mükafat qazanan və son 25 ildə çəkdiyi 30-dan çox sənədli filmi olan təcrübəli rejissor və prodüsserdir. Onun filmləri mübahisəli məsələlərə və insan dramına həssas yanaşma ilə tanınır. Arte, ARD, 3SAT, TSR, YLE kimi Avropanın məhşur kanallarında nümayiş etdirilib.

Son on beş ildə Stefan Tolz beynəlxalq kino məktəblərində və universitetlərdə müxtəlif tədris təyinatları keçirmişdir. Alman Film Akademiyasının üzvü və Şərqi Avropada Mədəni Müxtəliflik üzrə ADAMI Media mükafatı proqramının direktorudur.

- Hörmətli cənab Tolz, “ADAMI” Media mükafatı haqqında bizə məlumat verə bilərsinizmi?

- "ADAMI" Media Mükafatı, 2015-ci ildə AB Şərq Tərəfdaşlığı ölkələrində miqrasiya, tolerantlıq və mədəni müxtəliflik mövzularında kino xadimlərini, jurnalistləri və audio-vizual media mütəxəssislərini təşviq etmək üçün yaradılmışdır. Mükafat müxtəlifliklə bağlı məsələlərə aid olan üstün keyfiyyətli televiziya, film və online proqramlara verilir. Biz medianın ictimai münasibətlərin formalaşmasında mühüm rol oynayacağına və müxtəlifliyi müsbət şəkildə nümayiş etdirərək, cəmiyyətin fərqli qruplarının əmin-amanlıqla bir arada yaşamasına kömək edəcəyinə inanırıq.

Mükafatla yanaşı, "ADAMI" Şərqi Avropada və AB-nin media işçiləri arasında şəbəkə əlaqələri yaratmaq üçün bir sıra tədbirlər təşkil edir.

- Bakıda keçiriləcək seminar haqqında nə deyə bilərsiniz?

- Oktyabr ayında Bakıda keçiriləcək seminar online mediada yeni bir vasitə olan videobloqçuluq haqqında olacaq. Biz bütün platformaların müxtəliflik haqqında müsbət mesajlar yaymaq üçün yayarlı olduğuna inanırıq. Seminara Avropadan videobloqçuları və "YouTube"da çalışan bir məsləhətçini dəvət edəcəyik. Mövzular isə videobloqun inkişafı və videobloqçular üçün kommersiya imkanları tapma yollarıdır.

- Sizin üçün ideal iştirakçı kimdir? Niyə?

- Bu seminar üçün ən uyğun iştirakçılar müsbət və realist mesajlar göndərmək istəyən jurnalistlər və vizual media mütəxəssisləridir.

- Bu seminarda iştirak edərək, nə qazanmaq olar?

- Təlim aspektindən başqa, iştirakçılar həm öz ölkələrində, həm qonşu ölkələrdə, həm də Avropada peşəkar sahələr şəbəkəsinə çıxış əldə edəcəklər. "ADAMI" Media mükafatının əsas ideyalarından biri bölgədə bu məqsədləri bölüşən funksional bir şəbəkə yaratmaqdır.

- Azərbaycanda hansı tədbirlər planlaşdırırsınız?

- Bu, bizim Azərbaycanda təşkil etdiyimiz ilk böyük tədbirimizdir. Gələcəkdə baş tutacaq digər tədbirləri Bakıda deyil, regionlarda keçirmək istəyirik. "ADAMI" televiziya proqramı kimi, televiziya kanalları ilə işləmək istəyirik və regional televiziya işini təşviq etmək üçün layihələr hazırlayırıq.

- Azərbaycan vətəndaşları xaricdə keçirilmiş digər "ADAMI" təşəbbüslərinə qoşula bilərmi?

- Əlbəttə. "ADAMI" mükafatının müsabiqələri Azərbaycan vətəndaşları və altı Aİ ölkəsinin vətəndaşları üçün açıqdır. Budur, Azərbaycanda mədəni müxtəlifliyə aid mövzularda işləyən bütün televiziya kanalları, online platformalar və film çəkənlər "ADAMI" mükafatı üçün yarışa müraciət edə bilərlər. Müsabiqənin finalçıları daha sonra qaliblərin elan edildiyi mükafat mərasiminə dəvət olunur. 2016-ci ildə mükafat mərasimi Ukraynada - Kiyevdə keçirilmişdir; 2015-ci ildə Gürcüstan prezidentinin himayəsi altında Tbilisidə keçirilmişdir. Azərbaycandan olan namizədlərin keçən il Ukraynadakı mükafat mərasimində iştirak etməsinə çox şadıq.

Bundan əlavə, biz "ADAMI" müsabiqəsinin finalçısı və ya nominantını Fransanın Strasburqdakı Fransa-Almaniya mədəni kanalı olan "Arte"də bir aylıq təqaüdlə mükafatlandırmağı planlaşdırırıq.

Nəhayət, gələcəkdə başqa ölkələrdə Azərbaycan vətəndaşlarının iştirak etmək və təqaüd almaq üçün müraciət edə biləcəyi "ADAMI" Dialoq seminarlar seriyasını davam etdirməyi planlaşdırırıq.

"ADAMI" Media mükafatının gələcəyini necə görürsünüz?

Bu təşəbbüsün davam etməsinə ümid edirik. Avropalı yayımçılarla Şərqi Avropa arasında şəbəkələri genişləndirmək və daha çox imkanlar yaratmaq üçün bütün gücümüzü sərf edirik.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri