Okt
2017
16:21
33
53
5210
Virtual karabakh

"Photoshop"da yeni funksiyalar

5 Okt, 2017
16:21
5210

"Photoshop"da yeni funksiyalar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Adobe" şirkəti süni intellekt əsasında əlavə funksiyalarla təkmilləşdirilən "Photoshop Elements" proqramının yeni versiyasını təqdim edib.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, tərtibatçılar əvvəllər yerinə yetirilməsi üçün peşəkar istifadəçi bacarıqları və çoxlu vaxt tələb edən bir sıra əməliyyatları avtomatlaşdırmağa nail olublar.

Məsələn, yeni "Photoshop Elements" versiyası qıyılmış gözləri açmağa imkan verir. Bunun üçün istifadəçidən, sadəcə, "Open Closed Eyes" funksiyasını aktivləşdirmək və insanın kameraya baxdığı fotoşəkilləri göstərmək tələb olunur. Xüsusi alqoritm modelin baxışını "yadda saxladıq"dan sonra digər şəkilləri avtomatik redaktə edə biləcək.

Bundan əlavə, yenilənmiş proqram sifətləri tanıyır və daha uğurlu kadrları müstəqil seçir. Bu funksiya da "Open Closed Eyes" kimi süni intellekt əsasında işləyir.

Bildirilir ki, "Photoshop Elements 2018" proqramında, həmçinin fonun dəyişdirilməsi, qoşa ekspozisiya effekti və müxtəlif bədii effektlər kimi proseslər avtomatlaşdırılıb. Yeni funksiyalar, əsasən, smartfonla şəkillər çəkməyə vərdiş edən istifadəçilər üçün nəzərdə tutulub.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri