Okt
2017
15:25
12
103
8117
Virtual karabakh

Bu rayonların internet təchizatında fasilələr yarana bilər – SİYAHI

9 Okt, 2017
15:25
8117

Bu rayonların internet təchizatında fasilələr yarana bilər – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aztelekom” internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.

Bu məqsədlə oktyabrın 11-i (10-dan 11-nə keçən gecə) Goranboy, Beyləqan, Bərdə, Ağcabədi, Ağstafa, Astara, Biləsuvar, Yevlax, İsmayıllı, İmişli, Şəmkir, Sabirabad, Qəbələ, Tovuz, Ağdaş, Saatlı, Siyəzən, Zərdab, Cəbrayıl, Gədəbəy, Xızı, Oğuz, Şabran rayonları üzrə işlər aparılacaq.

Texniki yenilənmə işləri ilə əlaqədar 11 oktyabr, saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri