Okt
2017
17:18
46
14
3025
Virtual karabakh

“Microsoft” fikrini dəyişdi

9 Okt, 2017
17:18
3025

“Microsoft” fikrini dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft” korporasiyası “Windows 10 Mobile” yeni cihazlar yaratmayacaq və yeniləməyəcək.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Microsoft” korporasiyasının icraçı direktoru Co Belfior (Joe Belfiore) özünün “Twitter” səhifəsində bildirib.

“Təbii ki, biz platformanın dəstəklənməsini davam etdirəcəyik. Baqlara düzəliş edəcəyik, sistem təhlükəsizliyi üçüm yenilənmələr buraxacağıq. Ancaq yeni funksiyaların və cihazların istehsalı planlaşdırılmır”, - deyə Belfior bildirib.

O həmçinin bildirib ki, şirkət əlavə tərtibatçılarını cəlb etməyə cəhd göstərib: “Biz onlara pul ödəyirdik, onlar üçün əlavələr yazırdıq. Ancaq istifadəçi sayının az olması ona gətirib çıxardı ki, bir çox şirkətlər platformaya investisiya yatırmaqdan imtina ediblər”.

Ötən ilin may ayında “Microsoft” mobil bölmənin 1800 nəfər əməkdaşını ixtisara salmaq niyyətində olduğunu bildirib. Bununla bərabər, korporasiya “Lumia” smartfonlarının istehsalından imtina edib və “Surface” brendi altında yeni məhsulunu istehsal etmək qərarına gəlib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri