Okt
2017
20:10
25
85
7998
Virtual karabakh

Ən çox satılan smartfonlar – SİYAHI

9 Okt, 2017
20:10
7998

Ən çox satılan smartfonlar – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin ilk yarısında alıcılar ən çox “iPhone 7” smartfonuna üstünlük veriblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə “IHS Markitin” analitiklərinin hesabatında deyilir.

İkinci yerdə “iPhone 7 Plus”, üçüncü isə “Samsung Galaxy Grand Prime Plus” olub. İlk beşliyə həmçinin “iPhone 6s” və “Samsung Galaxy S8” smartfonları da daxil edilib.

Qeyd edilir ki, “iPhone 7”nin satış göstəriciləri “iPhone 6s”in 2016-cı ilin ilk yarısı ilə müqayisədə aşağı olub. Ekspertlər hesab edirlər ki, “Apple” şirkətinin bazardakı payı hər il azalır. 

Ümumilikdə ilk onluğa beş “Samsung”, dörd “Apple” və bir Çinin “Orro” şirkətinin smartfonu daxil edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri