12 
Okt
2017
17:46
97
23
2867
Virtual karabakh

Su keçirməyən elektron kitab

12 Okt, 2017
17:46
2867

Su keçirməyən elektron kitab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın "Amazon" şirkəti təkmilləşdirilmiş su keçirməyən elektron kitab – "Kindle Oasis"i təqdim edib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, kitabın yeni versiyası 4G şəbəkələri üzrə mobil internetə daha sürətli qoşulmaq imkanına malikdir. Ekranın ölçüsü 7 düymdür (17,78 sm). Kitabın ölçüsü və parlaqlığı artırılıb. Batareyanın tutumu da artırılıb və cihaz bir dəfə doldurulmaqla, 6 həftəyə qədər işləyir. "Kindle Oasis" "Bluetooth"a da qoşulur.

Yeni cihazın 32 Gb yaddaşa malik versiyası ABŞ-da 350 dollardan satışa çıxarılacaq. Baza versiyası isə (8 Gb yaddaş və 4G-yə qoşulma olmadan) 250 dollardır.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri