14 
Noy
2017
18:40
21
68
2970
Virtual karabakh

"Facebook"da profil şəkilləri yazışmalara reaksiya verə biləcək

14 Noy, 2017
18:40
2970

"Facebook"da profil şəkilləri yazışmalara reaksiya verə biləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tel-Əvivdən olan alimlər sosial şəbəkə istifadəçilərinin profil şəkillərinə animasiya effektləri verən proqram təminatı yaradıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, sözügedən proqramla artıq "Facebook" sosial şəbəkəsi də maraqlanmağa başlayıb.

Proqramın əsas özəlliyi istifadəçilərin profil şəkillərinin onlara verilən reaksiyaya adekvat cavab verməsindən ibarətdir.

Öz növbəsində "Facebook" proqramçıları əldə etdikləri bu texnologiyanı bir qədər də müasirləşdirərək, yaxın gələcəkdə profil şəkillərinin istifadəçilər arasındakı yazışmalara da reaksiya verməsinin mümkün olacağını açıqlayıb.

Qeyd edək ki, bir müddətdən sonra proqram təminatı üzrə mütəxəssislər "Facebook"dakı yazışma mətnlərinin emalı üçün yeni texnologiyanın istifadəyə verilməsini planlaşdırır. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri