15 
Noy
2017
15:56
175
21
5871
Virtual karabakh

Bill Geyts "ağıllı şəhər" tikir - MİLYARDLAR XƏRCLƏYƏCƏK - VİDEO

15 Noy, 2017
15:56
5871

Bill Geyts "ağıllı şəhər" tikir - MİLYARDLAR XƏRCLƏYƏCƏK - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən zəngin adamlarından biri, "Microsoft"un yaradıcısı Bill Geyts Arizona ştatında Belmont adlı "ağıllı şəhər" tikəcək.

Oxu.Az "APA TV"-yə istinadən xəbər verir ki, ABŞ mətbuatında yayılan məlumata görə, o, bu məqsədlə Arizona ştatında dəyəri 80 milyon dollar olan 100 kvadrat kilometrlik torpaq sahəsi alıb.

İlkin bilgilərə əsasən, ərazidə 80 min ədəd ev, məktəblər, habelə sənaye, ofis, data mərkəzlər, avtomatlaşdırılmış nəqliyyat şəbəkələri yerləşəcək. 

"McKinsey" ("MakKinzi") şirkətinin açıqladığına görə, 2020-ci ilədək dünyada 600 "ağıllı" şəhər salınacaq ki, layihənin ümumi investisiya dəyəri 400 milyard dollar təşkil edəcək.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri