16 
Noy
2017
17:44
41
61
1662
Virtual karabakh

400-dək poçt şöbəsində “smart kart”lara ödəniş edilməsi mümkün olub

16 Noy, 2017
17:44
1662

400-dək poçt şöbəsində “smart kart”lara ödəniş edilməsi mümkün olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ən geniş xidmət şəbəkəsinə malik “Azərpoçt” MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, filial və şöbələrində valyuta əməliyyatları, kommunal ödənişlərin qəbulunu da həyata keçirir. 

Ucqar rayon və kənd yerlərində bank filialları və ödəniş terminalları olmadığından vətəndaşlar təbii qazdan istifadəyə görə “smart kart”lara ödəniş edilməsində problemlə üzləşirdi. 
Bu istiqamətdə müraciətləri nəzərə alaraq “Azərpoçt” təbii qazdan istifadəyə görə ödənişlər üçün filiallarını daha 300 ədəd xüsusi qurğularla (kartrider) təchiz edib. 

Hazırda  rayonlarda 128, Bakı şəhərində isə 171 poçt şöbəsində qazdan istifadəyə görə ödənişlərin qəbuluna tam şərait yaradılıb. 

Bundan əlavə, elektrik enerjisi üzrə də poçt şöbələrində “smart kart”ların balansını artırmaq mümkündür. 

Belə ki, respublika üzrə artıq 162 poçt şöbəsində  elektrik “smart kart”larına ödənişlər həyata keçirilir. 

Məqsəd ödəniş terminallarının olmadığı və azlıq təşkil etdiyi yerlərdə əhalinin  kommunal xidmət ödənişini poçtda həyata keçirməsinə şərait yaratmaqdır.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri