18 
Noy
2017
22:50
25
97
1695
Virtual karabakh

2018-ci ildə informasiya texnologiyaları bazarının həcmi bir trilyon dolları ötəcək

18 Noy, 2017
22:50
1695

2018-ci ildə informasiya texnologiyaları bazarının həcmi bir trilyon dolları ötəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin birinci yarısında qlobal informasiya texnologiyaları bazarının və biznes xidmətlərinin həcmi 4 faiz yüksəlib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “IDC” analitik şirkəti araşdırma aparıb.

“IDC” qənaətinə görə, bu ilin birinci yarısında informasiya texnologiyaları xidmətləri və biznes xidmətləri bazarında gəlir 475 milyard dolları ötüb. Bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur və ekspertlərin proqnozuna görə, 2018-ci ildə onun həcmi 1 trilyon dolları ötəcək.

ABŞ coğrafi nöqteyi-nəzərdən informasiya texnologiyaları xidmətləri və biznes xidmətləri üzrə ən böyük bazardır. Cari ilin birinci yarısında ABŞ-da bu sahə üzrə gəlir 216,7 milyard dollar təşkil edib. Həmçinin ilk üçlükdə Qərbi Avropa və Asiya-Sakit okean regionu (Yaponiya istisna olmaqla) yer alıb. Dinamiklik baxımından ən yaxşı nəticə Yaponiya, Mərkəzi və Şərqi Avropa və ABŞ-da qeydə alınıb.

“IDC” şirkətinin analitiki Layz Naqamayn bildirib ki, informasiya texnologiyaları xidmətləri bazarında sabit artım rəqəmli həllərə tələbatın yüksək olması ilə izah edilir. Mütəxəssis, həmçinin hesab edir ki, cari ildə bulud xidmətlərindən əldə edilən gəlir 100 milyard dollardan çox olacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri