19 
Noy
2017
17:57
260
71
4800
Virtual karabakh

Azərbaycan dördüncü peykini buraxır

19 Noy, 2017
17:57
4800

Azərbaycan dördüncü peykini buraxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərkosmos” ASC orbitə dördüncü peykin buraxılması layihəsindən Azərbaycanın əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu sayca 3-cü peykin “Azerspace-2/Intelsat-38” peykinin buraxılışından sonra bilmək olacaq.

Peykin tikintisi üzrə işlər 2018-ci ilin yanvarında başa çatacaq, buraxılış isə gələn ilin birinci rübünə planlaşdırılıb.

Peykin istehsalçısı Kanadanın MDA şirkətinin törəməsi “Space Systems Loral” şirkətidir.

“Azerspace-2/Intelsat-38” peyki rəqəmsal teleradioyayım xidmətlərinin göstərilməsi, məlumat ötürülməsi və digər xidmətlər üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddəti 15 il olacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri