20 
Noy
2017
14:43
69
14
2796
Virtual karabakh

“YouTube”un mobil proqramında yeni funksiya istifadəyə veriləcək

20 Noy, 2017
14:43
2796

“YouTube”un mobil proqramında yeni funksiya istifadəyə veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YouTube” servisinin mobil proqramının yeni versiyasının araşdırılması zamanı maraqlı detal ortalığa çıxıb: “Google”un mühəndisləri mobil proqramda qara rəngli interfeysin tətbiqinə hazırlaşırlar. Qara rəng çalarlarından istifadəyə əsaslanan tərtibat qaranlıqda “YouTube” servisində video izləməyi daha komfort edəcək. Bu yenilik “OLED” displeyi ilə təchiz edilmiş mobil qurğuların sahibləri tərəfindən xüsusilə qiymətləndiriləcək, çünki qara rəngin göstərilməsi elektrik enerjisi sərf etmir.

Oxu.Az ICTnews-a istinadən bildirir ki, qara rəngli interfeys çoxdan “YouTube”un masaüstü versiyasının istifadəçilərinə əlçatandır və indi mobil qurğular üçün hazırlanır.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri