20 
Noy
2017
15:13
64
21
3522
Virtual karabakh

Ən populyar mobil brauzer açıqlandı

20 Noy, 2017
15:13
3522

Ən populyar mobil brauzer açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Google Chrome" mobil brauzeri "Android" və iOS əməliyyat sistemi ilə idarə olunan cihazlar üçün istifadəçilər arasında internet serfinq üçün ən populyar əlavə elan edilib. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu brauzerdən istifadəçilərin üçdə ikisi istifadə edir. 

Sorğuda 8300-dən artıq insan iştirak edib. Onlardan təxminən 1000 nəfəri və ya 13 faizi öz səslərini “Samsung” brauzeri olan “Samsung Internet (Browser)” brauzerinə veriblər. Ondan bir qədər az populyar brauzer “Mozilla Firefox” olub. 

Maraqlıdır ki, “Safari” və “Opera Mini” kimi tanınmış əlavələr, demək olar, ictimai rəyə təsirli deyil və onlardan sorğuda iştirak edənlərin müvafiq olaraq 3 və 2 faizi istifadə edir.   

Bundan öncə isə mütəxəssislər şəbəkədə pulsuz zənglər etmək üçün ən yaxşı əlavələrin adlarını açıqlayıblar. Siyahıda ilk yer “Skype” əlavəsinə verilib. Bu əlavə bir ilkdir və bu sahədə çoxillik lider mövqelərə malikdir.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri