23 
Noy
2017
10:00
56
10
2607
Virtual karabakh

"Samsung" Smart Hub – əyləncə dünyası indi televizorunuzda

23 Noy, 2017
10:00
2607

"Samsung" Smart Hub – əyləncə dünyası indi televizorunuzda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər bir evin əsas istirahət və əyləncə güşəsi olan televizor son 10 il ərzində çox dəyişib. Adət etdiyimiz həcmli və qabaritli “qutu”, incə korpuslu, maye kristallı plazma televizorları ilə əvəz olunub. Yeni nəsil televizorlar, müasir dizaynlı multimedia mərkəzidir. İnternet qoşulmasını dəstəkləyən andan isə, bu cihazlar adi televizor deyil, “Smart TV” adını daşıyır. Müasir televizorların imkanları günü-gündən artır, buna misal olaraq Samsung şirkətinin Smart Hub servisini dəstəkləyən “ağıllı televizorların” adını çəkmək olar. 

Smart Hub – "Samsung" tərəfindən “ağıllı” televizorlarda müxtəlif multimedia əlavələrindən istifadə üçün yaradılmış texnologiyadır. Smart Hub servisi həm istifadədə olan, həm də internetdə yerləşən əlavələr arasında naviqasiyanı təmin edir. Smart Hub-ın yeni interfeysi kabel, peyk və internet kimi müxtəlif video siqnal mənbələrini və ayrı-ayrı cihaz platformaları özündə birləşdirərək tək daşıcıya keçid deməkdir. İstifadəçilər indi asanlıqla efir kontentindən kabel televiziyasına və ya oyun konsolundan Blu-ray pleyerə keçid ala bilərlər. Ən əsası bunun üçün heç bir cihazı televizora qoşaraq tənzimləmək lazım deyil, Smart TV avtomatik olaraq onları tanıyır. İndi tətildə çəkdiyiniz şəkillərə baxmaq üçün smartfondan istifadə edib, balaca displeydə ən vacib detalları nəzərinizdən qaçırmayacaqsınız. Sadəcə fotolarınızı Smart TV-yə yükləyin və dostlarınızla birgə geniş ekranda maraqlı slaydşoudan həzz alın. 

Smart Hub menyusuna keçid almaq olduqca asandır, sadəcə idarəetmə pultunda eyni adlı düyməni basmaq yetərlidir. Həmçinin, servisdən Android və IOS platformalarında işləyən Smart View əlavəsinin köməyi ilə də istifadə etmək olar. Servisin daxili meyusu eyni ilə smartfon displeyində yerləşən əlavələr və qovluqlar panelini xatırladır. Bəli, düz eşitdiniz, indi əlavələri televizorunuza bir başa yükləyə bilərsiniz. Nəinki əlavələri, hətta oyun yükləyib, geniş ekranda oynaya bilərsiniz!

Əvvəllər film və ya serial izləmək üçün çox hazırlıqlar aparırdıq, həm divanda rahat oturmaq, həm də noutbuka uyğun yer tapmaq çox çətin olurdu. Xüsusən də dostlarınızla filmə baxmaq istədiyimizdə, ekranı hansı səmtə çevirək ki, görüntü qaralmasın, hər kəs izləyə bilsin deyə düşünürdük. Sonra kinonun ən maraqlı yerində noutbuk bu dəqiqə sönəcək deyərək, şarj aparatını axtarırdıq. Bəzilərimiz isə əsil şücaət göstərərək, sevimli serialının bütün sezonlarını balaca smartfon ekranında izləyirdik.  Bütün bunları nəzərə alaraq demək olar ki, Samsung Smart Hub-ın ən vacib xüsusiyyətlərindən biri də funksional brauzeri dəstəkləməsidir. Brauzer eyni zamanda 5 pəncərə ilə işləməyə imkan yaradır və Adobe Flash dəstəkləyir. Brauzer nə işləmə zamanı, nə də axtarış sistemində istifadədə donmur. Smart Hub ilə sizə sadəcə film seyrindən həzz almaq qalır.

Sözsüz ki, Smart Hub ilə siz ağıllı televizorunuzda multifunksional əyləncə mərkəzi əldə edirsiniz. Yerinizdən ayrılmadan oyun oynayın, film izləyin və müxtəlif əlavələrdən yararların. "Samsung" Smart TV televizorları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az, Music Gallery, Optimal və Soliton mağazalar şəbəkələrindən əldə etmək olar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri