Dek
2017
10:00
32
39
2578
Virtual karabakh

"Samsung UHD TV" – təsvirin yeni dünyası

8 Dek, 2017
10:00
2578

"Samsung UHD TV" – təsvirin yeni dünyası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyatınızda nə zamansa Sibir pələngini görmək şansınız nə qədər realdır?

Təxminən milyonda bir ehtimal, belə ki,  bu zolaqlıların nəsli kəsilmək üzrədir və dünyada bu növün mindən az fərdi qalmaqdadır. Sözsüz ki, ekspedisiya təşkil edib, uzaq ölkələrə gedə bilər və Sibir pələngi axtarışına çıxa bilərsizniz, lakin bu halda da bu nadir heyvanı görmək sizə nəsib olmaya bilər. Hazır ustalıqla çəkilmiş materiallar olduqdan sonra bu qədər əziyyət kimə lazımdır?

Xüsusilə, bu materialları "Samsung UHD TV"-də izlədikdə görünütü o qədər dəqiq olacaq ki, siz unikal zolaq rəsminin ən xırda detallarını seçərək iki pələngi bir-birindən ayırd edə biləcəksiniz.  "Samsung" təsvir keyfiyyətini mükəmməlləşdirərək onu adi funksiyalar və texnologiya  kimi deyil, bir sənət əsəri kimi təqdim edir.

"UHD" (UltraHighDefinition) televizorun görüntünü maksimal real və icazəli ötürməsidir. Əslində, təsvir ötürülməsi prosesi "Samsung UHD TV"-də daha mürəkkəb qurulub.

Gəlin bu prosesə daha yaxından baxaq. Film izlədikdə ən çox nəyi arzulayırsınız? Görüntünün “həcmli” olmasını, belə ki, ekranda  seyr etdiklərimizin bir-birindən hansı uzaqlıqda yerləşdiyini anlamaq çətin olur və təsvir “yastı” görünür. "Samsung"un Auto Depth Enhancer təsvir dərinliyini artıran texnologiyası sayəsində görüntünün fərqli nöqtələrində təzadlığın tənzimlənməsi ilə onu daha real və canlı etmək mümkündür. Sadə dildə desək, hər kadr 3 zonaya bölünür: fon, mərkəzi zona (hərəkət zonası) və frontal zona (hərəkətdən qabaq zona). Bu zonalar parlaqlıq, təzadlıq və rəng göstəriciləri əsas götürülərək bölünür.  Bundan sonra, tamaşaçının görüntünü daha maraqlı və canlı seyr etməsi üçün Auto Depth Enhancer təzadlıq səviyyəsini avtomatik optimallaşdıraraq təsvir dərinliyini daha dolğun edir. Yadınızdadır, əvvəllər biz təzadlığın, parlaqlığın və rəngin hər bir faizini özümüz tənzimləyirdik ki, görüntü istədiyimiz kimi alınsın, indi isə "Samsung UHD TV" hər bir hesablamanı və tənzimləməni özü edir. Bu həqiqətən həyatımızı rahatlaşdıracaq bacarıqdır.

Həmçinin, "Samsung UHD TV"-in inanılmaz parlaqlığı HDR texnologiyası vasitəsi ilə təmin edilir. High Dynamic Range – mənası tam aydın olmayan əcnəbi sözlərdən biridir, onu adiləşdirsək HDR funksiyası təsvirin həm qaranlıq, həm də işıqlı hissələrinin bir kadrda ifadə edilməsi deməkdir. Gəlin insan gözü ilə müqayisə edək, o, həm qaranlıq həm də işiqlı mühitdə eyni anda çox az detal seçə bilir, çünki olan işıqlandırmaya öyrəşmək üçün göz bəbəyinə müəyyən bir vaxt tələb olunur.  İndi bir anlıq düşünün ki, HDR-ın köməyi ilə siz görüntünün qaranlıq və işıqlı hissələrini eyni anda görürsünüz!

Və ən maraqlı yenilik, "Samsung UHD TV"-nin adi televizorlardan bir neçə dəfə daha çox rəng çaları ifadə etmək imkanı yaradan  Active Crystal Color və Dinamic Crystal Color sistemləri ilə təchiz olunmasıdır. Və bu təkcə adi göy qurşağı rənglərini deyil, çoxsaylı incə rəng çalarlarını ötürmə qabiliyyəti deməkdir. İndi televizorunuz hər rəngi dolğun və parlaq ifadə edir, görüntünü isə təbii və canlı ötürür.

"Samsung UHD TV" ekranlarından istənilən görüntünü canlandıraraq sizi başqa dünyalara aparır. "Samsung UHD TV" televizorları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az, Music Gallery, Optimal və Soliton mağazalar şəbəkəsindən əldə etmək olar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri